Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam
Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan
Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər
Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir
Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar
Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir)
Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan
Azanı eşidirsənmi?". O: “Bəli!” - dedi. Bu zaman Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "O zaman cavab ver (camaat namazına gəl)
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə
Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı,
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi
Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram
Hansı əməl Allaha daha sevimlidir?". Buyurdu: "Vaxtında qılınan namaz". Dedi: "Sonra hansı?". Buyurdu: "Valideynə yaxşılıq". Dedi: "Sonra hansı?". Buyurdu: "Allah yolunda cihad
Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim
Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın”
Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur
Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək?
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
“Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”
Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir
Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar
Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir
Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar
“Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”
Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin
“Kişilər üçün səflərin ən xeyirlisi birincisi, ən pisi sonuncusudur, qadınlar üçün isə səflərin ən xeyirlisi sonuncusu, ən pisi isə birincisidir.”
“Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz
“Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”
Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» - dedi
Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-Haram istisna olmaqla, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir
Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən diləyirəm] desin
Ey insanlar! Bu gördüyünüz şeyləri yalnız mənə uymanız və mənim namazımı öyrənəsiniz deyə etdim» deyə buyurdu
Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam təkbir etdiyi zaman siz də təkbir edin
Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi
Oğruların ən pisi, (tələsik namaz qılıb) namazından oğruyandır". Ondan: Kişi namazından necə oğruya bilər? deyə soruşulunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Namazın rükusunu və səcdəsini tam olaraq etməz" deyərək cavab verdi
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbi-ğfir li, Rabbi-ğfir li
Bu Xinzəb deyilən şeytandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür
Hər iki azan (azan və iqamə) arasında namaz vardır, hər iki azan arasında namaz vardır". Sonra üçüncü dəfədə əlavə etdi: "İstəyən üçün