1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir

عَنْ عَمْرِو بْنُ سُلَيْمٍ الأَنْصَارِيُّ قَالَ: أَشْهَدُ عَلَى أَبِي سَعِيدٍ قَالَ: أَشْهَدُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الغُسْلُ يَوْمَ الجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ، وَأَنْ يَسْتَنَّ، وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ».

Amr bin Suleym Əl-Ənsaridən belə söylədiyi rəvayət edilir: Əbu Səidin (Allah ondan razı olsun) belə söylədiyinə şahidlik edirəm: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyinə şahidlik edirəm:
"Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 880

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, cümə günü qüsl almaq, cümə namazının vacib olduğu hər bir yetkin kişi müsəlmana vacib dərəcəsində təkid edilmişdir, Dişlərini misvak və bu kimi şeylərlə təmizləyər, və hər hansı bir xoş iyisi olan ətir vurar.

Hədisin faydalarından

  1. Hər bir yetkin müsəlman kişinin cümə günü qüsl almağının müstəhəb olduğu təkid edilmişdir.
  2. Təmizlik və xoşagəlməz qoxuları aradan qaldırmaq İslam şəriəti tərəfindən müsəlmandan tələb edilən bir şeydir.
  3. Cümə gününü təzim etmək (ucaltmaq) və ona hazırlıq görmək.
  4. Cümə namazı üçün misvakdan istifadə etməyin müstəhəb olması təkid edilmişdir.
  5. Cümə namazına getməzdən əvvəl hər hansı bir xoş iyisi olan ətirdən istifadə etməyin müstəhəbliyi.
  6. Qadın evindən namaz və ya digər bir şey üçün çıxarsa, ona ətirlənmək olmaz. Çünki, şəriət bunun haram olduğunu bildirmişdir.
  7. (Hədisdə keçən) muhtəlim həddi-buluğa çatan şəxsdir və bu bəzi əlamətlərlə baş verir. Onlardan üçü kişi və qadınlar üçün ortaq olan əlamətlərdir: birincisi: on beş yaşın tamamlanması, ikincisi: cinsiyyət üzvünün ətrafında qalın tüklərin çıxması, üçüncüsü: yuxu və ya şəhvət ilə spermanın çıxması. Dördüncü əlamət isə qadına xasdır və bu heyzdir: Əgər qadın heyz görərsə, həddi buluğa çatmış olur.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية