عَنْ عَائِشَةَ أُمِّ المؤْمنينَ رَضيَ اللهُ عنها:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ مِنَ الغَائِطِ قَالَ: «غُفْرَانَكَ».

[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 30]
المزيــد ...

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə nəql edilir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.

[Səhih] - [Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər] - [Sünən Əbi Davud - 30]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ehtiyacını ödədikdən sonra ayaqyolundan çıxanda belə deyərdi: “(Ğufranəkə) Allahım, səndən məni bağışlamanı istəyirəm."

Hədisin faydalarından

  1. Ayaqyolundan çıxdıqdan sonra: «غُفرانَك» [Ğufranəkə] “(Allahım!) Məni bağışla!” deməyin müstəhəb olması.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün hallarda Rəbbindən bağışlanma istəməsi.
  3. Təbii ehtiyacı ödədikdən sonra bağışlanma diləməyin səbəbi haqqında deyilib: Allahın çoxlu nemətlərinə şükür etməkdəki naqisliyə görə, məsələn, zərərli şeylərin bədəndən çıxmasının asanlaşdırması nemətinə görə və ehtiyacın aradan qaldırılması zamanı səni xatırlamaqdan yayındığıma görə bağışlama diləyirəm.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (50)