+ -

عَنْ أَبِي قَتَادَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا يُمْسِكَنَّ أَحَدُكُمْ ذَكَرَهُ بِيَمِينِهِ وَهُوَ يَبُولُ، وَلَا يَتَمَسَّحْ مِنَ الْخَلَاءِ بِيَمِينِهِ، وَلَا يَتَنَفَّسْ فِي الْإِنَاءِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 267]
المزيــد ...

Əbu Qatədədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 267]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi ədəbləri açıqlamışdır: O, kişinin su başına çıxarkən cinsiyyət üzvünü sağ əli ilə tutmasını və sağ əli ilə cinsiyyət üzvü və ya arxa nahiyədən nəcasəti təmizləməsini qadağan etmişdir. Çünki sağ əl yaxşı əməllər etmək üçündür. Həmçinin o, insanın içdiyi qaba üfürməsini da qadağan etmişdir.

Hədisin faydalarından

  1. İslamın ədəb və təmizlikdə öndə olmasının bəyanı.
  2. Çirkli şeylərdən uzaq durmaq lazımdır. Əgər insan bunları etmək məcburiyyətində qalarsa, sol əllə etsin.
  3. Sağ əlin şərəfli və sol əldən üstün olmasının bəyanı.
  4. İslam şəriətinin kamilliyi və onun təlimlərinin (bir çox məsələləri) əhatə etməsi.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq