+ -

عن أبي أيوب الأنصاري رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«لَا يَحِلُّ لِرَجُلٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ، يَلْتَقِيَانِ، فَيُعْرِضُ هَذَا وَيُعْرِضُ هَذَا، وَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلَامِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6077]
المزيــد ...

Əbu Əyyub Əl- Ənsaridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6077]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanın din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalmasını, üz-üzə gəldikdə ona salam verməyərək danışdırmamasını qadağan etmişdir.
Bu iki küsülü kəsin ən xeyirlisi, aranı düzəltməyə çalışan, önə keçib birinci salam verəndir. Burda "hicr", yəni tərk etmək sözündə məqsəd, nəfsi üçün hicr etməyə aiddir. Amma Allah rizası üçün günahkarları, bidət əhlini, əxlaq cəhətdən pis yoldaşları tərk etmək, bu müəyyən bir vaxtla məhdudlaşmır, çünki bu növ insanları tərk etmək ümumi xeyir və fayda üçündür və islah olunduqca onlara qarşı tətbiq olunan hicr də aradan qaldırılır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف البلغارية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İnsan təbiətini nəzərə alaraq üç və daha az vaxt küsülü qalmağa icazə verilmişdir, və üç gün ərzində tərk etmə qəlblərdə baş verən bu inciklik və sıxıntının aradan qalxması üçündür.
  2. Salam verməyin fəziləti, çünki o, nəfslərdə olan kin-küdurəti aradan qaldırır və eyni zamanda bu, sevgi və mehribançılığın bir əlamətidir
  3. İslamın qardaşlığa və müsəlmanlar arasında birliyə çağırışı.