Hədislərin siyahısı

Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin
عربي İngiliscə Urduca
Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir
عربي İngiliscə Urduca
Bilirsinizmi qeybət nədir?" Sahabələr: "Allah və Rəsulu ən doğrusunu bilir!"- dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "(Din) qardaşını onun xoşuna gəlmədiyi bir vəsflə xatırlamaqdır
عربي İngiliscə Urduca
Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır
عربي İngiliscə Urduca
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ətirdən imtina etməzdi
عربي İngiliscə Urduca
Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır
عربي İngiliscə Urduca
Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”
عربي İngiliscə Urduca
Sizdən biri yediyi zaman sağ əli ilə yesin, içdiyi zaman da sağ əli ilə içsin. Çünki şeytan, sol əli ilə yeyir və sol əli ilə içir
عربي İngiliscə Urduca
Onları çıxarma, çünki mən təharətli(dəstəmazlı) olarkən onları geymişəm
عربي İngiliscə Urduca
Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin
عربي İngiliscə Urduca
Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan
عربي İngiliscə Urduca
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir
عربي İngiliscə Urduca
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar
عربي İngiliscə Urduca