عَنْ عُمَرَ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ لَبِسَ الحَرِيرَ فِي الدُّنْيَا لَمْ يَلْبَسْهُ فِي الآخِرَةِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5834]
المزيــد ...

Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Dünyada ipək geyinən, axirətdə onu geyinməyəcək."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 5834]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, bu dünyada ipək geyinən kişilər, tövbə etməsələr, cəza olaraq axirətdə onu geyinə bilməyəcəklər.

Hədisin faydalarından

  1. İpək dedikdə nəzərdə tutulan xalis təbii ipəkdir. Süni ipəyə gəldikdə, hədis onu şamil etmir.
  2. Kişilərə ipək geyinməyin qadağan olması.
  3. İpək geyinməyin qadağan edilməsi, həm onu geyinməyi, həm də onu yataq dəsti kimi sərməyi əhatə edir.
  4. Kişilərə, ətək və ya bəzək olaraq geyimlərində bir az ipəyin olmasına icazə verilir, bir şərtlə ki, onun eni iki barmaqdan dörd barmağa qədər olsun.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (51)