+ -

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم كان يقول:
«الصَّلَوَاتُ الْخَمْسُ، وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 233]
المزيــد ...

Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur:
"Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 233]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Günahlardan bəziləri kiçik, bəziləri isə böyükdür.
  2. Kiçik günahların bağışlanması böyük günahlardan çəkinmə şərtinə bağlıdır.
  3. Böyük günahları edənə bu dünyada hədd cəzası, axirətdə isə əzab və ya qəzəb yaxud da lənət təhdidi vardır. Zina etmək və içki içmək kimi əməllər böyük günahlara misaldır.