عن أنس بن مالك رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ أَحَبَّ أَنْ يُبْسَطَ لَهُ فِي رِزْقِهِ، وَيُنْسَأَ لَهُ فِي أَثَرِهِ، فَلْيَصِلْ رَحِمَهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5986]
المزيــد ...
Ənəs bin Malikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
" Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun."
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 5986]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qohumları ziyarət etməyə, onlara şəxsi və maddi dəstək olmağa çağırış edir. Bildirir ki, bu əməllər, ruzinin artmasına və ömrün uzanmasına səbəb olur.