+ -

عن خَولة الأنصاريةِ رضي الله عنها قالت: سمعت النبي صلى الله عليه وسلم يقول:
«إِنَّ رِجَالًا يَتَخَوَّضُونَ فِي مَالِ اللهِ بِغَيْرِ حَقٍّ، فَلَهُمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3118]
المزيــد ...

Xovlə Əl-Ənsaridən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edildir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var."

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 3118]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanların varını, sərvətini batil yolla xərcləyən, haqsız yerə əldə edənlər haqqında xəbər verir. Burada maliyyə vəsaitinin qanunsuz toplanması, onun saxta yolla əldə edilməsi, düzgün xərclənməməsi barədə ümumi mənanı açıqlayır. Bura həmçinin yetimlərə, vəqfə ayrılan maliyyə vəsaitlərini batil yolla mənimsəmək, (onlara həvalə edilən) əmanətə xəyanət etmək, haqqı olmadığı halda ümumi maliyyə və əmlak sərvətlərindən şəriətə zidd olaraq götürmək də daxildir.
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət günü onların cəzası cəhənnəmdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İnsanların əlində olan var-dövlət Allahın sərvətidir. O bu sərvəti qullarına batil xərclərdən çəkinərək , şəriətlə icazəli üsullarla istifadə etməsi üçün vermişdir. Bu, həm rəhbərlərə, həm də sıravi insanlara aiddir.
  2. Şəriətin ümumi mal-dövlət barədə şiddətlə göstərdiyi önəm. Kim mal-dövlətə sahib olarsa, Qiyamət günü bu sərvətin əldə edilməsinə və istifadəsinə görə sorğu sual edilər.
  3. Bu xəbərdarlığa-istər öz sərvətini, istərsə də başqasının var dövlətini qeyri-şərii üsullarla istifadə edənlər daxildir.