عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ الدُّنْيَا حُلْوَةٌ خَضِرَةٌ، وَإِنَّ اللهَ مُسْتَخْلِفُكُمْ فِيهَا، فَيَنْظُرُ كَيْفَ تَعْمَلُونَ، فَاتَّقُوا الدُّنْيَا وَاتَّقُوا النِّسَاءَ، فَإِنَّ أَوَّلَ فِتْنَةِ بَنِي إِسْرَائِيلَ كَانَتْ فِي النِّسَاءِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2742]
المزيــد ...
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
" Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun! Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2742]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, dünya, ləzzəti şirin, görkəmi gözəldir, ona görə də insan ona aldanar, ona qərq olar və onu ən böyük marağına çevirər. Uca Allah bu həyatda hər nəslimizdən sonra gələn digər nəsillərimizi varis etdi ki, necə əməl edəcəyimizə baxsın, Ona itaət edəcəyik, yoxsa asi olacağıq? Sonra buyurdu: Ehtiyatlı olun ki, dünya ləzzətləri və zinətləri sizi aldatmasın və bu sizi Allahın sizə əmr etdiklərini tərk edib, haram buyurduqlarına düşməyə vadar etməsin. Ehtiyat edilməli olan ən böyük dünya fitnələrindən biri, qadınların fitnəsidir və bu, İsrail övladlarının düçar olduğu ilk fitnə idi.