Ailə hüquqları

17Hədislərin siyahısı 8Alt kateqoriyalar

Hədislərin siyahısı 17

Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir
Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir
Dünya keçici bir ləzzətdir. Dünya ləzzətinin ən xeyirlisi saleh qadındır
Allah buyurdu :"Ey Adəm övladı mənim yolumda xərclə ki, mən də sənə yetirim
Yerinə yetirməli olduğunuz şərtlərin ən vacibi, evlilikdə qoyulan şərtlərdir
Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) saçın bir hissəsinin kəsib, digər hissəsini saxlamağı qadağan etdi
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni
Vəlisiz nikah yoxdur
Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!
“Mömin kişi mömin qadına nifrət etməsin, əgər onun bir xüsusiyyətini bəyənməsə, digərini bəyənər.”
“Süd əmizdirmə, doğuşun haram etdiyi şeyləri haram edir”
Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz
Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır
Yanında əri və ya məhrəmi olmayan qadın iki günlük məsafəyə yola çıxmasın
Həqiqətən, Allah mənim ümmətimin, əməl etmədikcə və söyləmədikcə nəfsində danışdıqlarının üstündən keçmişdir”
Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır