عن عبد الله بن عمرو رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال:
«لَيْسَ الْوَاصِلُ بِالْمُكَافِئِ، وَلَكِنِ الْوَاصِلُ الَّذِي إِذَا قُطِعَتْ رَحِمُهُ وَصَلَهَا».
المزيد
Abdullah ibn Amr - Allah ondan və atasından razı olsun - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi va səlləm - belə demişdir:
"Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".