+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي لله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا يَفْرَكْ مُؤْمِنٌ مُؤْمِنَةً، إِنْ كَرِهَ مِنْهَا خُلُقًا رَضِيَ مِنْهَا آخَرَ» أَوْ قَالَ: «غَيْرَهُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1469]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
“Mömin kişi mömin qadına nifrət etməsin, əgər onun bir xüsusiyyətini bəyənməsə, digərini bəyənər.” Və ya: “ başqa xüsusiyyətini” demişdir.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1469]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ərin öz xanımına, ona haqsızlıq etməyə, onu tərk etməyə və ondan üz döndərməyə səbəb olan şəkildə nifrət etməsini qadağan etmişdir. İnsan naqis yaradılmışdır. Əgər kişi xanımının bir pis xasiyyətinə nifrət edərsə belə, onda digər yaxşı xüsusiyyət tapar və özünə uyğun olan yaxşı xüsusiyyətdən razı qalar, razı olmadığı pis xüsusiyyətlərə isə səbr edər. Bu, onu səbrli olmağa və xanımından ayrılmaq istəyəcək qədər ona nifrət etməməsinə səbəb olar.

Hədisin faydalarından

  1. Mömin xanımı ilə yaranan hər hansı bir ixtilafda ədalətə və (qərar verməkdə) ağılı hakim etməyə çağrılmalıdır, müvəqqəti duyğuların və emosiyaların hakim olmasına imkan verməməlidir.
  2. Mömin, mömin qadından ayrılacaq dərəcədə ona tamlıqla nifrət etməli deyil, əksinə, onda sevdiyi xüsusiyyətə görə, sevmədiyi şeyi görməzdən gəlməlidir.
  3. Həyat yoldaşları arasında gözəl rəftar və yoldaşlığa təşviq etmək.
  4. İman gözəl əxlaqa çağırır. Ona görə də heç bir mömin kişi və qadın gözəl əxlaqdan tam olaraq məhrum deyildir. İman onlarda tərifəlayiq xüsusiyyətlərin olmasını lazım edir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq