عن جُبَير بن مُطْعِم رضي الله عنه أنه سمع النبي صلى الله عليه وسلم يقول:
«لَا يَدْخُلُ الْجَنَّةَ قَاطِعُ رَحِمٍ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2556]
المزيــد ...

Cubeyr bin Mutimdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
"Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 2556]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, qohumlarla əlaqəni kəsən, haqlarını ödəməyən, onlara pislik edib əziyyət verən şəxs cənnətə layiq deyildir.

Hədisin faydalarından

  1. Qohumluq əlaqələrini kəsmək böyük günahlardandır.
  2. Qohumluq əlaqələri, insanlar arasındakı münasibətə, adət ənənəyə əsasən qurulur və zamana, məkana və şəxslərə görə dəyişə bilər.
  3. Qohumluq əlaqələri, onları ziyarət etməklə, sədəqə verməklə, onlara yaxşılıq etməklə, həmçinin xəstəni ziyarət etmək kimi, xeyir işləri əmr edib, pis əməllərdən çəkindirmək kimi və buna bənzər əməllərlə mümkündür.
  4. Qohumluğun yaxınlıq dərəcəsi artdıqca, onlarla əlaqələri kəsməyin günahı daha da artır.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (66)