+ -

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رضي الله عنهما أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«اتَّقُوا الظُّلْمَ، فَإِنَّ الظُّلْمَ ظُلُمَاتٌ يَوْمَ الْقِيَامَةِ، وَاتَّقُوا الشُّحَّ، فَإِنَّ الشُّحَّ أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ، حَمَلَهُمْ عَلَى أَنْ سَفَكُوا دِمَاءَهُمْ وَاسْتَحَلُّوا مَحَارِمَهُمْ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2578]
المزيــد ...

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
“Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, onları bir-birinin qanını tökməyə və haramlarını halal saymağa sövq etdi.”

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2578]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zülmdən çəkindirmişdir. Bura insanların başqasına zülm etməsi, özünə zülm etməsi və Uca Allahın haqlarında zülm etməsi də daxildir. Zülm hər kəsə haqqını verməyi tərk etməkdir. Həqiqətən də zülm qiyamət günü öz sahiblərinə çətinliklər və qorxuların baş verməsi ilə zülmət olacaqdır. O, şiddətli xəsisliyi qadağan etmişdir. Bura malla olan haqları ödəməkdə olan səhlənkarlıq və dünyaya olan hərislik də daxildir. Bu növ zülm bizdən əvvəlki ümmətləri bir-birini öldürməyə və Allahın haram etdiklərini halal saymağa sövq etdiyi üçün məhv etdi.

Hədisin faydalarından

  1. Mal-mülkü Allah üçün xərcləmək və din qardaşlarına yardım etmək, qarşılıqlı sevgi və ünsiyyətin səbəblərindən biridir.
  2. Xəsislik və mala olan şiddətli hərislik, asilik, əxlaqsızlıq və günahlara səbəb olur.
  3. Əvvəlki ümmətlərin hallarından ibrət almaq.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq