عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ»، قَالُوا: يَا رَسُولَ اللهِ وَمَا هُنَّ؟ قَالَ: «الشِّرْكُ بِاللهِ، وَالسِّحْرُ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللهُ إِلَّا بِالْحَقِّ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ الْغَافِلَاتِ».

Əbu Hureyrədən - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:
"Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 2766

Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə ümmətinə yeddi həlak edici günahlardan uzaq durmalarını əmr edir. Peyğəmbərdən -salləllahu aleyhi va səlləm - bu günahların hansı günahlar olduğu sorulunca, Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu günahları onlara açıq-aydın bəyan edərək belə dedi:
Birinci: Uca Allaha şəkil və görünüşündən asılı olmayaraq hər hansı bir şeyi Ona oxşadaraq və ya bənzədərək tay tutmaqla yaxud ibadətin hər hansı bir növünü Uca Allahdan başqasına sərf etməklə şərik qoşmaq. Peyğəmbər - salləllahu aleyhi va səlləm - böyük günahları sayarkən birinci Allaha şərik qoşmaqdan başladı, çünki Allaha şərik qoşmaq günahların ən böyüyüdür.
İkinci: Sehir etmək. Bu: düyünlərdən, ovsunlardan, dərmanlardan və tüstülərdən ibarət bir əməldir. Sehir, (sehir) edilmiş kimsənin bədəninə, onu qətlə yetirməklə və ya xəstələndirməklə yaxud ərlə-arvadın arasını ayırmaqla təsir göstərir. Sehir, şeytani əməldir. Sehirbazlar çox vaxt sehiri, Allaha şərik qoşmaqla və xəbis (murdad) ruhlara onların sevdikləri əməlləri edərək yaxınlaşmaqla edirlər.
Üçüncü: Şəri dəlil olmadan Uca Allahın qadağan etdiyi bir nəfsi qətlə yetirmək. Əgər bir kimsəni qətlə yetirmək üçün şəri dəlil (əsaslanma) olarsa, o zaman bu, fərdi şəxslərin deyil, hakimin göstərişi altında həyata keçirilməlidir.
Dördüncü: Sələm yemək yaxud müxtəlif yollarla sələmdən yararlanmaq.
Beşinci: Atası ölmüş, həddi-büluğa çatmayan yetim uşağın malını haqsız yerə yemək.
Altınci: Kafirlərə qarşı edilən döyüşdən qaçmaq.
Yeddinci: İsmətli və azad qadınları və kişiləri zinada ittiham etmək.

Hədisin faydalarından

  1. Böyük günahlar, hədisdə qeyd edildiyi kimi heç də yeddi böyük günahlardan ibarət deyildir. Böyük günahların məhdud yeddi sayı ilə bildirilməsi, bu günahların başqa günahlardan daha əzəmətli və daha təhlükəli olmasına görədir.
  2. Qisas almaq, dindən çıxmaq və evləndikdən sonra zina etmək kimi haqlı yerə bir nəfsin qətlə yetirilməsi icazəlidir. Lakin bu, fərdi şəxslərin deyil, şəri hakimin göstərişi altında həyata keçirilməlidir.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو