+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ:
«إِيَّاكُمْ وَالظَّنَّ؛ فَإِنَّ الظَّنَّ أَكْذَبُ الْحَدِيثِ، وَلَا تَحَسَّسُوا، وَلَا تَجَسَّسُوا، وَلَا تَحَاسَدُوا، وَلَا تَدَابَرُوا، وَلَا تَبَاغَضُوا، وَكُونُوا عِبَادَ اللهِ إِخْوَانًا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6064]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
“Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir. Bir-birinizin gizli işlərini araşdırmayın, qüsurlarını axtarmayın, bir-birinizə paxıllıq etməyin, bir-birinizdən üz çevirməyin, bir-birinizə nifrət etməyin və ey Allahın qulları, qardaş olun!”

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6064]

Şərh (izah)

Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlar arasında təfriqə və düşmənçiliyə səbəb olan bəzi şeyləri qadağan edir və onlardan çəkindirir. Bunlardan:
(Zənn) -o, qəlbdə yer alan dəlil-sübutsuz ittihamdır və onun ən yalan ifadələrdən olduğunu bəyan edir.
(Əttəhəssus):Insanların şəxsi həyatlarını baxmaqla və ya dinləməklə araşdırmaq.
(Əttəcəssus)- gizli işləri araşdırmaqdır və bu daha çox şərr və pislikləri nəzərdə tutur.
(Əl-Həsəd)-başqalarının əldə etdiyi nemətə qərəzli olmaq, nifrət etmək.
(Əttədəbur)-Bir-birindən üz çevirmək, bir birinə salam verməmək və ziyarət etməmək.
(Əttəbağud)-Nifrət və sevməmək, başqalarına əziyyət vermək, qaşqabaqlı olub, insanları pis qarşılamaq.
Sonra müsəlmanların bir-birinə qarşı davranışlarını yoluna qoyacaq geniş mənalı bir kəlmə dedi: "Ey Allahın qulları, qardaş olun." Qardaşlıq insanlar arasındakı münasibətləri tənzimləyən və onlar arasında sevgi və ünsiyyəti artıran bir bağdır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Pis əlamətləri ortaya çıxan kəsdən pis zənn etmək zərər yetirməz, mömin ağıllı və müdrik olmalıdır, pis və günahkar insanlara aldanmamalıdır.
  2. Zənndən çəkindirməkdən məqsəd, onun insanın nəfsində qərarlaşmamasına və israr etməməsinə nail olmaqdır, amma öncəliklə qəlbdə yer alıb, sonradan keçib-gedən zənnə görə insan hesaba çəkilməz.
  3. Nifrət, kin və müsəlman toplumun fərdləri arasında ayrıseçkiliyə səbəb olan həsəd, insanların şəxsi həyatlarını qeyri etik yollarla araşdırma və bu kimi bənzər vasitələrin haramlığı.
  4. Müsəlmana qardaş davranışı ilə nəsihət vermək və sevgi bildirmək tövsiyyəsi.