+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».

[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 2042]
المزيــد ...

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir:
"Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız , dediyiniz salavatlar mənə çatar".

[Həsən] - [Əbu Davud rəvayət etdi] - [Sünən Əbi Davud - 2042]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- evlərdə namaz qılmağı tərk edib oranı qəbirsanlıqlar kimi namaz qılınmayan yerə çevirməyi qadağan etmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- həmçinin öz qəbrini adət halına salınaraq təkrar-təkrar ziyarət etməyi və qəbri yanında toplanmağı qadağan etmişdir, çünki bu şirkə bir vəsilədir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- müsəlman kimsəyə yer kürəsinin hansı tərəfində olmasından asılı olmayaraq, ona salavat deməyi əmr etmişdir, çünki deyilən salavatlar insanın yaxın və ya uzaq olmasından asılı olmayaraq ona eyni səviyyədə çatır.Məhz buna görə də onun qəbrini təkrar-təkrar ziyarət etməyə ehtiyac yoxdur.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Evlərdə Allaha ibadət etməməyin qadağan olunması.
  2. Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrini ziyarət etmək üçün səfərə çıxmaq qadağan olunmuşdur. Çünki Peyğəmbər -salləllahu aleyhi va səlləm- ona salavat deməyi əmr etmiş və harada olmasından asılı olmayaraq, deyilən salavatın ona çatacağını xəbər vermişdir. Ancaq Peyğəmbərin -salləllahu aleyhi va səlləm- məscidini ziyarət etmək və orada namaz qılmaq məqsədi ilə səfərə çıxıla bilər.
  3. Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrinin müəyyən zamanlarda xüsusu bir qaydada təkrar-təkrar ziyarət edilərək bayram yerinə çevirməyin və həmçinin bu qaydada digər qəbirləri də ziyarət etməyin haram olması.
  4. Peyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbi yanında hörmət sahibidir. Elə buna görə də Uca Allah Peyğəmbərə -salləllahu aleyhi va səlləm- hər bir zamanda və hər bir məkanda salavat deməyi dinin ayinlərindən etmişdir.
  5. Belə ki,qəbirlər yanında namaz qılmağın qadağan olması səhabələr tərəfindən qəbul olunmuşdur. Buna görə Peyğəmbər -salləllahu aleyhi va səlləm- qəbirsanlıqlarda namaz qılınmadığı kimi evlərin də o hala gətirilməsini qadağan etmişdir.