عَنْ عَلِيٍّ رضي الله عنه قَالَ:
كُنْتُ رَجُلًا مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِي أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الْأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ: «يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ».
وَلِلبُخَاريِّ: فَقَالَ: «تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 303]
المزيــد ...
Əlidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın".
Buxarinin qeyd etdiyi rəvayətdə isə: "Dəstəmaz al və cinsi orqanını yu" demişdir.
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 303]
Əli bin Əbu Talib (Allah ondan razı olsun) xəbər verir ki, tez-tez ondan məzi çıxardı, bu da şəhvət zamanı və ya cinsi əlaqədən öncə kişidə cinsi orqanından axan ağ nazik yapışqan mayedir. Nə edəcəyini bilmir və Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşmağa utanır, çünki xanımı Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qızıdır. Buna görə Miqdad bin Əl-Əsvəddən xahiş edir ki, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bu haqda soruşsun. Allah Rəsulu da (Allahın salavatı və salamı onun üzərinə olsun) cinsiyyət orqanını yumasını, sonra isə dəstəmaz almasını bildirir.