Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh zikri tərəzini doldurur. Subhənallah və Əlhəmdulilləh sözləri isə göylə yer arasını doldurur
Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq
Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar sonra qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl
Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yuxudan duranda misvakla ağzını sürtərək təmizləyərdi
Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin”
Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər dəfə ayaqyoluna girdikdə belə deyərdi: “Allahummə inni əuzu bikə minəl-xubusi val-xəbəis”
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cənabətdən qüsl aldıqda əllərini yuyardı, ardınca namaz üçün aldığı kimi dəstəmaz alardı, sonra bütün bədəninə su tökərdi
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın
və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı
Əllərinlə belə etməyin sənə kifayət idi". Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi
Bir kişi dəstəmaz aldı və ayağında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu gördü və dedi: “Geri qayıt və dəstəmazı gözəl şəkildə al!”. O kişi qayıdıb yenidən dəstəmaz aldı, sonra namaz qıldı
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı
Bir müsəlman gözəl şəkildə dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və bu iki rükətə qəlbi və üzü ilə yönələrsə, ona Cənnət vacib olar
Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarının hər birini) bir dəfə yuyaraq dəstəmaz aldı
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarını) iki dəfə yuyaraq dəstəmaz aldı
Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına müsəlman olmaq üçün gəldim, O mənə: su və sidr ilə yuyunmağımı əmr etdi
Mən Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idim və o, bir zibilxananın yanına gəldi və ayaq üstə su başına çıxdı (idrar etdi)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi