+ -

عَنْ مَيْمُونَةُ أُمِّ المؤمِنينَ رضي الله عنها قَالتْ:
وَضَعْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلًا، فَسَتَرْتُهُ بِثَوْبٍ، وَصَبَّ عَلَى يَدَيْهِ، فَغَسَلَهُمَا، ثُمَّ صَبَّ بِيَمِينِهِ عَلَى شِمَالِهِ، فَغَسَلَ فَرْجَهُ، فَضَرَبَ بِيَدِهِ الأَرْضَ، فَمَسَحَهَا، ثُمَّ غَسَلَهَا، فَمَضْمَضَ وَاسْتَنْشَقَ، وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ، ثُمَّ صَبَّ عَلَى رَأْسِهِ وَأَفَاضَ عَلَى جَسَدِهِ، ثُمَّ تَنَحَّى، فَغَسَلَ قَدَمَيْهِ، فَنَاوَلْتُهُ ثَوْبًا فَلَمْ يَأْخُذْهُ، فَانْطَلَقَ وَهُوَ يَنْفُضُ يَدَيْهِ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 276]
المزيــد ...

Möminlərin anası Meymunədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə, o demişdir:
"Mən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün qüsl suyu qoydum və onu paltarla örtdüm. O, da əllərinə su töküb yudu, sonra sağ əli ilə sol əlinə su tökdü və övrətini yudu, əlini yerə vuraraq məsh etdi (yerə sürtdü), sonra yudu, sonra mədməda və istinşaq etdi (ağzına və burununa su alaraq onları yudu), üzünü və qollarını yudu, sonra başına və bütün bədəninə su tökdü, sonra kənara çəkilib ayaqlarını yudu. Ona bir dəsmal verdim, amma götürmədi, çıxıb getdi və əllərini silkələdi".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 276]

Şərh (izah)

Möminlərin anası Meymunə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) cənabətdən qüsl almaq şəkli haqqında xəbər verdi. Belə ki, o, Peyğəmbərə qüsl alması üçün su qoydu və onu pərdə ilə örtdü. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunları etdi:
Birincisi: Əllərini qaba daxil etməzdən əvvəl onlara su tökərək yudu.
İkincisi: Sağ əli ilə sol əlinin üzərinə su tökdü və cənabətdən qalan şeyləri təmizləmək üçün övrətini yudu.
Üçüncüsü: Əlini yerə vuraraq məsh etdi (yerə sürtdü), sonra ondakı bulaşığı aradan qaldırmaq üçün əlini yudu.
Dördüncüsü: Mədməda etdi; Yəni, ağzına suyu daxil edərək, onu hərəkət etdirdi və suyu ağzında dövr etdirdikdən sonra çölə atdı. İstinşaq etdi: Yəni, burnunu təmizləmək üçün nəfəsiylə suyu burnuna daxil etdi, sonra onu çıxartdı.
Beşinci: Üzünü və qollarını yudu.
Altıncı: Başına su tökdü.
Yeddinci: Bədəninin qalan hissəsinə su tökdü.
Səkkizinci: Yerini dəyişdi və ayaqlarını əvvəl yumadığı başqa yerdə yudu.
Sonra ona qurulanması üçün parça gətirdi, lakin onu götürmədi və əli ilə bədənindəki suyu silməyə və silkələməyə başladı.

Hədisin faydalarından

  1. Peyğəmbərin(Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələrinin, ümməti öyrətmək üçün onun həyatının ən xırda təfərrüatlarını təsvir etməyə əhəmiyyət verməsi.
  2. Qüslün bu vəsfi cənabətdən kamil qüsl almaqda, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sabit olmuş qüsl şəkillərindən biridir. O ki qaldı kifayət (vacib) olan qüsl şəklinə, o mədməda və istinşaqla birlikdə bütün bədəni yumaqdır.
  3. Qüsl və ya dəstəmaz aldıqdan sonra bədəni parça ilə qurutmaq və ya qurulamağı tərk etmək caizdir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq