+ -

عَنْ ‌حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ رضي الله عنه:
أَنَّهُ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ، فَغَسَلَهُمَا ثَلَاثَ مَرَّاتٍ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلَاثًا، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلَاثًا، ثُمَّ قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وُضُوئِي هَذَا، وَقَالَ: «مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غَفَرَ اللهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 164]
المزيــد ...

Osman ibn Əffanın (Allah ondan razı olsun) köləlikdən azad etdiyi Humran rəvayət edir ki, Osman (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su istədi. (Su gəlincə) qabdan əllərinə su tökərək əllərini üç dəfə yudu. Sonra sağ əlini qaba salıb su aldı sonra o su ilə həm ağzını yaxaladı, həm də burnunun içinə su səkdi sonra da suyu burnundan ifraz etdi. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dir­sək­lə­rə qədər yudu. Sonra başına məsh çəkdi. Sonra hər bir ayağını üç dəfə yudu. Sonra da belə dedi: Mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı­ğını gördüm. O (dəstəmaz alıb qutardıqdan sonra) belə dedi: "Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar sonra qəlbin­dən heç bir şey keçirtmədən iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar".
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 164]

Şərh (izah)

Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı dəstəmazı daha aydın bir şəkildə anlatması üçün bunu şəxsən özü dəstəmaz alaraq öyrətmişdir. Belə ki, bir qab su istəmiş və öncə əllərinə üç dəfə su töküb yumuşdur. Sonra sağ əlini qabın içinə salıb bir ovuç su almış bu su ilə ağzını yaxalayıb suyu ağzından ifraz etmişdir. Sonra nəfəsi ilə burnunun daxilinə qədər su çəkmiş sonra isə suyu burnundan ifraz etmişdir. Sonra üzünü üç dəfə yumuş sonra da əllərini dirsəklərlə bərabər üç dəfə yumuşdur. Əllərini islatdıqdan sonra yaş əlləri ilə başını bir dəfə məsh etmişdir. Sonda isə topuqlar da daxil olmaqla ayaqlarını üç dəfə yumuşdur.
Osman (Allah ondan razı olsun) dəstəmaz alıb qutardıqdan sonra Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu şəkildə dəstəmaz aldığını ətrafındakılara xəbər vermişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun dəstəmaz aldığı kimi dəstəmaz alıb sonra da xuşu ilə Rəbbinin huzurunda iki rükət namaz qılan kimsəyə, aldığı kamil dəstəmazına və həmçinin xuşu ilə qıldığı namazına görə Uca Allahın onun keçmiş günahlarını bağışlanacağı müjdəsini vermişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Gecə yuxusundan oyandıqdan sonra əllərin qaba salmazdan öncə yuyulması vacibdir. Yuxu xaricindəki hər hansi bir zamanda isə dəstəmaz almağa başlamadan əvəll əllərin qaba salmazdan öncə yuyulması isə müstəhəbdir.
  2. Müəllim dərsi, tələbənin bildiyi ən asan şəkildə və onun anlayıb qavraya biləcəyi ən rahat yolla izah etməlidir. Dərsin əməli şəkildə izah edilməsi də bu qəbildəndir.
  3. Namaz qılan insan dünya işləri ilə bağlı düşüncələrdən uzaq durmalıdır. Namazın kamil və tam olması qəlbin namazda hazır olmasına bağlıdır. Əks təqdirdə insanın düşüncələrdən qurtulaması çətindir. Bundan dolayı namaz qılan insan nəfsiylə mücadələ etməli və bu düşüncələri davam etdirməməlidir.
  4. Dəstəmaz alarkən sağdan başlamaq müstəhəbdir.
  5. Madmada (yəni: suyu ağıza daxil etmək və orada hər tərəfə dövr etdirmək sonra ağızdan çıxarmaq), istinşaq (yəni: sağ əli ilə suyu, hava ilə birğə buruna çəkmək) və istinsar (yəni: suyu burnuna çəkdikdən sonra sol əli ilə suyu burnundan ixrac etmək) arasındakı sıralamaya əməl etmək buyurulmuşdur.
  6. Dəstəmaz alarkən: üzün, əllərin və ayaqların üç dəfə yuyulması müstəhəbdir. Vacib olan isə bu əzaların bir dəfə yuyulmasıdır.
  7. Uca Allahın keçmiş günahları bağışlaması iki şeyin gerçəkləşməsinə bağlıdır: hədisdə bildirildiyi kimi dəsəmaz almaq və iki rükət namaz qılmaq.
  8. Dəstəmaz əzalarından hər birinin müəyyən həddi vardır. Üzün uzununa həddi: Saçların başlanğıcından çənənin altına, eninə həddi isə bir qulaqdan o biri qulağa qədərdir. Əlin həddi: Barmaq uclarından dirsəklərlə qədər olan hissəsidir. Dirsək, qol ilə bilək arasında olan büküyün bayır hissəsinin adıdır. Başın həddi: Saçın adətən bitdiyi yerdən, saçın ön hisssi ilə boynun ən hündür yerinə qədərdir. Qulaqların məsh edilməsi də başdan sayılır. Ayaqların həddi: Baldırla ayaq arasında olan topuqlar daxil olmaqala ayağın bütün hissəsidir.