+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ:
«لَا يَقْبَلُ اللهُ صَلَاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6954]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6954]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, namazın səhihlik şərtlərindən biri də təmizlikdir. Ona görə də namaz qılmaq istəyən yuxudan ayıldıqda, nəcis və sidiyin ifrazı və bu kimi digər dəstəmazı batil edən hallar baş verdikdə dəstəmaz almalıdır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Böyük cənabətdən qüsl almayınca (çimmək), sidik və nəcis ifrazından dəstəmaz alıb təmizlənməyincə, namaz qəbul olunmaz.
  2. Dəstəmaz: suyu götürərək, ağızda bütünlüklə dövr etdirmək və çıxarmaq, sonra nəfəsi ilə suyu burnunun içinə çəkmək, sonra çıxarmaq, sonra üç dəfə üzünü yumaq, sonra əlləri dirsəklər də daxil olmaqla üç dəfə yumaq, sonra bütün başına bir dəfə məsh çəkmək, sonra üç dəfə ayaqları topuqlar da daxil olmaqla yumaqdır.
Əlavə