+ -

عَن أَبِي أُمَامَةَ رضي الله عنه قَالَ: سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فِي حَجَّةِ الوَدَاعِ فَقَالَ:
«اتَّقُوا اللَّهَ رَبَّكُمْ، وَصَلُّوا خَمْسَكُمْ، وَصُومُوا شَهْرَكُمْ، وَأَدُّوا زَكَاةَ أَمْوَالِكُمْ، وَأَطِيعُوا ذَا أَمْرِكُمْ تَدْخُلُوا جَنَّةَ رَبِّكُمْ».

[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 616]
المزيــد ...

Əbu Umamədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: “Mən Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccində xütbə verərkən eşitdim. O, dedi:
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."

[Səhih] - [Ət-Tirmizi və Əhməd rəvayət ediblər] - [Sünən Ət-Tirmizi - 616]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hicrətin onuncu ilində, ərafa günü, vida həccində xütbə vermiş və bu cür (vida xütbəsi) adlandırılmasının səbəbi, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) oradakı insanlarla vidalaşması olmuşdur. Və bütün insanlara Rəbblərinin əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxmalarını əmr etmişdir. İzzət və cəlal sahibi olan Allahın onlara gecə və gündüz vacib etdiyi beş vaxt namazları qılmalarını əmr etmişdir. Ramazan ayının orucunu tutmalarını əmr etmişdir. Mallarının zəkatını layiq olanlara vermələrini və bunda xəsislik etməmələrini əmr etmişdir. Allahın onlara rəhbər etdiyi kəslərə, Allaha asilik olmayan işlərdə itaət etmələrini əmr etmişdir. Və hər kim bu qeyd edilən şeyləri edərsə, onun mükafatı cənnətə daxil olmaqdır.

Hədisin faydalarından

  1. Bu əməllər cənnətə daxil olmağın səbəblərindəndir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq