+ -

عن أبي موسى الأشعري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«إِذَا مَرِضَ الْعَبْدُ أَوْ سَافَرَ كُتِبَ لَهُ مِثْلُ مَا كَانَ يَعْمَلُ مُقِيمًا صَحِيحًا».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2996]
المزيــد ...

Əbu Musa əl-Əşaridən - Allah ondan razı olsun - rəvayət edilən hədisdə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur:
"Bir qul xəstələndiyindən və ya səfərə çıxdığından dolayı davamlı olaraq etdiyi ibadətləri etməzsə, ona müqim(sakin olduğu) və sağlam olarkən etdiyi əməllərin savabı kimi savab yazılar".

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 2996]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bir müsləmanın sağlam və müqim olarkən adəti üzrə etmiş olduğu saleh bir əməli xəstəlik, səfər və ya hər hansı bir üzürdən dolayı etmədiyində, ona, sağlam və müqim olarkən etmiş kimi savab yazılmasının Allahın lütfu və rəhməti olduğunu xəbər vermişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Hədisdə Allahın qulları üzərindəki lütfünün genişliyi ifadə edilmişdir.
  2. Hədisdə saleh əməllərə can atmağa, sağlamlıq və boş vaxtlardan faydalı istifadə etməyə təşviq vardır.