+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَّ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ، فَسَدِّدُوا وَقَارِبُوا، وَأَبْشِرُوا، وَاسْتَعِينُوا بِالْغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 39]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
“Həqiqətən din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın və sevinin. Səhər tezdən, günorta vaxtı və gecənin bir hissəsindən istifadə edin”.

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 39]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq şəkildə bildirmişdir ki, İslam dini bütün işlərində asanlıq və rahatlıq üzərində bina edilimiş və acizlik və ehtiyac üçün bir səbəb olduqda isə asanlıq daha da artırılmışdır. Çünki, dini işlərdə dərinliyə getmək və yumşaqlığı tərk etməyin aqibəti acizlik və əməllərin hamısının və ya bir hissəsinin tərk edilməsi ilə nəticələnir. . Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) həddi aşmadan orta yol tutmağa çağırmışdır. Qul, ona əmr olunan əməldə səhlənkar davranmasın, gücü çatmayacağını isə özünə yük etməsin. Əməli kamil şəkildə etməkdən aciz qalarsa, kamilliyə yaxınlaşmağa çalışsın.
O (Allahın salavatı və salamı onun üzərinə olsun) əməli kamil şəkildə yerinə yetirməyə qadir olmayanları, az da olsa daimi əmələ görə böyük mükafatın olması ilə müjdələmişdir. Çünki acizlik onun öz tərəfindən (öz səhlənkarlığından ) deyilsə, bu, onun əcrinin azalmasını gərəkdirmir.
Bu dünya, əslində səfər yeri və axirətə keçid yeri olduğundan, o (Allahın salavatı və salamı onun üzərinə olsun) ibadətdə davamlı olmağa yardım etmək üçün onları üç stimullaşdırıcı vaxtlara həyata keçirtməyi əmr etmişdir:
Birincisi: səhər: günün əvvəli; Sübh namazı ilə günəşin doğması arasında.
İkincisi: Rovhə: günorta günəşin zeniti keçməsindən sonra.
Üçüncüsü: Gecə: bütün gecə və ya onun bir hissəsi. Gecənin işi gündüzün işindən daha çətin olduğu üçün "və gecədən bir hissə" deyərək onun bir hissəsini əmr etmişdir.

Hədisin faydalarından

  1. İslam şəriətinin asanlığı və mərhəməti və onun ifrat və təfrit arasında orta yol tutması.
  2. Qul səhlənkarlıq etmədən və həddi aşmadan bacardığı qədər Allahın əmrini yerinə yetirməlidir.
  3. Qul ibadətdə gümrah olduğu vaxtları seçməlidir və xüsusən bu üç vaxt bədənin ibadət etmək üçün ən yaxşı vaxtlarıdır.
  4. İbn Həcər Əsqaləni demişdir: “Sanki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müəyyən bir yerə gedən müsafirə xitab edir və bu üç vaxt müsafirin ən yaxşı vaxtıdır, buna görə də onun fəal olduğu vaxtlara diqqət çəkmişdir; Çünki müsafir gecə-gündüzün hamısını səfərdə keçirsə, acizləşər və səfəri yarımçıq qalar, lakin gümrah olduğu vaxtlarda hərəkət edərsə, çətinlik çəkmədən yoluna davam edə bilər.
  5. İbn Həcər demişdir: Bu hədisdə şəriət rüxsəti ilə əməl etməyə işarə vardır, çünki rüxsət məqamında əsil olanı götürmək özünü çətinliyə salmaqdır. Bu, sudan istifadə edə bilməyən kəsin təyəmmümü tərk edərək sudan istifadə etməklə özünə zərər vurmasına bənzəyir.
  6. İbn əl-Munir dedi: Bu hədisdə peyğəmbərlik əlamətlərindən bir əlamət vardır və biz görmüşük və bizdən əvvəlkilər də görüblər ki, dində çətinləşdirən hər kəs əməlini dayandırır və burada nəzərdə tutulan ibadətdə kamilliyə nail olmağı qadağan etmək deyil, əksinə bu tərif olunan işdir. Lakin, qəsd olunan bezməyə aparan həddi aşmaq və ya əfzəl olanı tərk etməyə səbəb olan könüllü işlərdə mübaliğə etmək və ya fərz ibadətini vaxtından sonraya saxlamaqdır, necə ki, bütün gecəni namaz qılan kəs camaat namazından yatıb qalır və ya günəş doğub namazın vaxtı çıxana qədər yatıb qalır.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq