+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«كُلُّ سُلاَمَى مِنَ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ، كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ يَعْدِلُ بَيْنَ الِاثْنَيْنِ صَدَقَةٌ، وَيُعِينُ الرَّجُلَ عَلَى دَابَّتِهِ فَيَحْمِلُ عَلَيْهَا أَوْ يَرْفَعُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، وَالكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ يَخْطُوهَا إِلَى الصَّلاَةِ صَدَقَةٌ، وَيُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2989]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
İnsandakı hər bir oynaq sümüyünə görə sədəqə vermək lazımdır Günəşin doğduğu hər gündə iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir, bir kişini miniyinə mindirməyin və onu daşımağın və ya onun yükünü miniyinə yükləməyin sədəqədir, gözəl söz sədəqədir. Namaz qılmaq üçün məscidə atdığın hər addımın sədəqədir, yoldan insanlara əziyyət verən şeyləri götürmək sədəqədir."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 2989]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir mükəlləf müsəlmanın sağlam olduğu üçün və bədən üzvlərinin yığılıb-açılması üçün sümüklərində oynaqlar yaratdığına görə Allaha şükür olaraq hər gün hər sümük birləşməsinin sayı qədər Allaha könüllü olaraq sədəqə verməsi lazım olduğunu bəyan edir. Bu sədəqə bütün yaxşı əməllərlə həyata keçirilir və yalnız pul verməklə olmur, bu əməllərdən: Sənin ədalətli olmağın və münaqişə edən iki tərəfin arasını islah etməyin sədəqədir. Aciz olan bir kəsə yardım edib onu heyvanın üzərinə mindərməyin və onu daşımağın və ya onun əşyalarını qaldırmağın sədəqədir. Zikr, dua, salam və digər xoş sözlər sədəqədir. Namaza doğru (məscidə gedərkən) atdığın hər addım sədəqədir. Yolda əziyyət verən bir şeyi yoldan götürmək sədəqədir.

Hədisin faydalarından

  1. İnsan sümüklərinin quruluşu və sağlamlığı Uca Allahın ona verdiyi ən böyük nemətlərdən biridir. Bu nemətə tam şükür etmək üçün hər bir sümüyə görə xüsusi olaraq bir sədəqə verməyə ehtiyac vardır.
  2. Bu nemətlərin davamlı olduğuna görə hər gün şükürü təzələməyə təşviq etmək.
  3. Hər gün nafilə ibadətlər etmək və sədəqə verməkdə davamlı olmağa təşviq etmək.
  4. İnsanların arasını islah etməyin fəziləti.
  5. İnsanı, qardaşına kömək etməyə təşviq etmək; çünki, ona kömək etməyi sədəqədir.
  6. İnsanları camaat namazlarında iştirak etməyə və ona tərəf getməyə və bununla məscidləri abadlaşdırmağa təşviq etmək.
  7. Müsəlmanlara əziyyət və ya zərər verən hər şeydən uzaq durmaqla, onların (üzərində gəzdiyi) yollarına hörmət etməyin vacibliyi.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq