+ -

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: أَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَنْكِبِي، فَقَالَ:
«كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ»، وَكَانَ ابْنُ عُمَرَ، يَقُولُ: إِذَا أَمْسَيْتَ فَلاَ تَنْتَظِرِ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلاَ تَنْتَظِرِ المَسَاءَ، وَخُذْ مِنْ صِحَّتِكَ لِمَرَضِكَ، وَمِنْ حَيَاتِكَ لِمَوْتِكَ.

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6416]
المزيــد ...

Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, o, demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi:
"Dünyada bir qərib və ya bir müsafir kimi ol!". İbn Ömər (bu hədisi danışandan sonra) deyərdi: Axşama çıxdığın zaman səhəri, səhərə çıxdığın zaman da axşamı gözləmə! Xəstəliyin üçün sağlamlığında, ölümün üçün həyatında hazırlıq gör.

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 6416]

Şərh (izah)

İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun çiynindən - oda insanın əzələ və çiyin nahiyəsinin birləşdiyi hissədir - tutub ona belə dedi: Dünyada sanki sığınacaq evi və ona təsəlli verəcək bir kimsəsi olmayan, insanı Allahdan uzaqlaşdıran ailəsi, övladı və insanlarla əlaqəsi olmayan bir məmləkətə gələn qərib bir insan kimi ol. Əkisinə bu işdə qərib insandan da daha sərt, vətənini axtaran, yoldan keçən yolçu kimi ol. Çünki qərib bir adam yad ölkədə yaşaya və orada müəyyən bir müddət qala bilər. Lakin vətəninə getmək istəyən yolçu özü ilə çox yük götürməz, olduğu yerdə qalmaz və vətəninə çatmağa can atar. Müsafir kimsənin səfərinin sonuna çatdıracaq azuqədən artığına ehtiyacı olmadığı kimi, həmçinin möminin də dünyada gedəcəyi yerə çatdıracaq azuqədən artığına ehtiyacı olmamalıdır.
İbn Ömər bu tövsiyəyə əməl edər və belə deyərdi: Səhərə çıxdığın zaman axşamı gözləmə, axşama çıxdığın zaman da səhəri gözləmə və özünü qəbir əhlindən say, çünki həyat sağlamlıqdan və xəstəlikdən xali deyildir. Odur ki, sağlam günlərində, xəstə günlərin üçün itaət əməllər etməyə tələs. Xəstəlik sizə maneçilik törətməmişdən əvvəl sağlamlığında saleh əməllərdən və dünyada da həyatından faydalan və orada, öldükdən sonra sənə fayda verəcək şeyləri topla.

Hədisin faydalarından

  1. Öyrədərkən ​​ünsiyyət qurmaq və diqqəti cəlb etmək üçün müəllimin əlini tələbənin çiyninə qoyması.
  2. Nəsihət istəməyən kimsəyə nəsihət və doğru yol göstərməklə başlamaq.
  3. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qaneedici misallar çəkməklə gözəl bir üsulda elm öyrətməsi. Buna misal Peyğəmbərin (sallallahu aleyhi və səlləm): "Dünyada bir qərib yaxud bir müsafir kimi ol!" - hədisidir.
  4. İnsanların axirətə gedən yolda müxtəlif olmaları. Yoldan keçən yolçu zahidlikdə qəribdən daha yüksək dərəcəyə malikdir.
  5. Ümidin qısa olması və ölümə hazırlaşmanın bəyan edilməsi.
  6. Hədis ruzini tərk etməyə və dünya ləzzətlərini qadağan etməyə dəlalət etmir, lakin hədis, dünyada zahid olmağa və az ilə kifayətlənməyə dəlalət edir.
  7. Saleh əməllərə, xəstəlik və ya ölüm onların qarşısını alıb insanı aciz buraxmadan əvvəl tələsmək.
  8. Abdullah bin Ömərin (Allah onların hər ikisindən razı olsun) fəziləti. Belə ki o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu nəsihətindən təsirlənmişdir.
  9. Möminlərin vətəni Cənnətdir. O, bu dünyaya, axirət yolçuluğuna səfərə çıxmış qərib bir kimsədir. Buna görə də o, qəlbini qürbət yurdunda heç bir şeyə bağlamır. Əksinə, onun qəlbi, qayıdacağı vətəninə bağlıdır. Onun bu dünyada qalması, ehtiyacını ödəmək və vətəninə (Cənnətə) qayıtmağa hazırlaşması üçündür.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Almanca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Dari Serbiya Kinyarvanda Rumın Macar الموري Malaqasi Oromo Kanada Özbək Ukrain الجورجية المقدونية الخميرية الماراثية
Tərcümələrə baxmaq