عن جابر رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول:
«أَفْضَلُ الذِّكْرِ: لَا إِلَهَ إِلَّا اللهُ، وَأَفْضَلُ الدُّعَاءِ: الْحَمْدُ لِلهِ».

[حسن] - [رواه الترمذي والنسائي في الكبرى وابن ماجه] - [سنن الترمذي: 3383]
المزيــد ...

Cabir bin Abdullahdan - Allah ondan razı olsun - rəvayət edildiyinə görə o, belə demişdir: Mən Allah Rəsulunun - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim:
"Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".

[Həsən] - [Ət-Tirmizi, Ən-Nəsai əl-Kubrada və İbn Məcə rəvayət ediblər] - [Sünən Ət-Tirmizi - 3383]

Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bizə ən fəzilətli zikrin “Lə iləhə illallah" kəlməsi olduğunu, yəni: Uca Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını və eyni zamanda ən fəzilətli duanın da "Əlhəmdulillah" sözü olduğunu, yəni: Uca Allahın nemətləri bəxş edən, bütün kamil və gözəl vəsflərə layiq olan mənasına gəldiyini xəbər vermişdir.

Hədisin faydalarından

  1. Bu hədis Uca Allahı tövhid kəlməsi ilə çoxlu zikr etməyə və həmd-səna edərək Ona dua etməyə təşviq etmişdir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (67)