Dua və zikirlərə aid əhkamlar

26Hədislərin siyahısı 9Alt kateqoriyalar

Hədislərin siyahısı 26

“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh zikri tərəzini doldurur. Subhənallah və Əlhəmdulilləh sözləri isə göylə yer arasını doldurur
Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür
Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın
Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür). Hansıyla başlasan zərəri olmaz
Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır
“Kim bir məkana çatıb, orada dayanıb qalarsa, ardınca “Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” duasını oxuyarsa, ona, həmin yeri tərk edənə qədər heç bir ziyan dəyməz”
Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir
Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə
İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et
Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur
“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir
Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru)
Seyyidul-istiğfar
Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir
Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər
"De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim!
Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim
Şeytan, sizdən birinizə gələrək "bunu kim yaratdı, onu kim yaratdı? suallarını verər və ən son olaraq "Sənin Rəbbini kim yaratdı?" sualını ortaya atar. Kim belə bir vəziyyətlə qarşılaşarsa, Allaha sığınsın və bu vəsvəsələrə son qoysun
Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin
Bu Xinzəb deyilən şey­tandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür