عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ: «يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»، فَقُلْتُ: يَا رَسُولَ اللهِ، آمَنَّا بِكَ وَبِمَا جِئْتَ بِهِ فَهَلْ تَخَافُ عَلَيْنَا؟ قَالَ: «نَعَمْ، إِنَّ القُلُوبَ بَيْنَ أُصْبُعَيْنِ مِنْ أَصَابِعِ اللهِ يُقَلِّبُهَا كَيْفَ يَشَاءُ».
[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 2140]
المزيــد ...
Ənəsdən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et.” Mən dedim: Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan? O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər."
[Səhih] - [Ət-Tirmizi və Əhməd rəvayət ediblər] - [Sünən Ət-Tirmizi - 2140]
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi dua, Allahdan dində və itaətdə sabitlik, azğınlıqdan və zəlalətdən uzaq olmağı istəmək idi . Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu duanı tez-tez etməsinə təəccübləndi və Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır və onları istədiyi kimi çevirir. Qəlb iman və küfrün qərar tutduğu yerdir və tez-tez dəyişdiyi üçün qəlb adlandırılmışdır. Onun dəyişməsi, qaynayan qazanın dəyişməsindən daha güclüdür. Allah kimi istəsə, qəlbini hidayətə yönəldər, dində sabit edər və Allah kimi istəsə, onun qəlbini hidayətdən azğınlığa və zəlalətə yönəldər.