عَن عبدِ اللهِ بن خُبَيب رضي الله عنه أنه قال:
خَرَجْنَا فِي لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ، نَطْلُبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؛ يُصَلِّي لَنَا، قَالَ: فَأَدْرَكْتُهُ، فَقَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، ثُمَّ قَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، قَالَ: «قُلْ»، فَقُلْتُ: مَا أَقُولُ؟ قَالَ: «{قُلْ هُوَ اللهُ أَحَدٌ} وَالْمُعَوِّذَتَيْنِ حِينَ تُمْسِي وَتُصْبِحُ ثَلَاثَ مَرَّاتٍ، تَكْفِيكَ مِنْ كُلِّ شَيْءٍ».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي] - [سنن الترمذي: 3575]
المزيــد ...
Abdullah bin Xubeybdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?" dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «{Qul huvallahu əhəd} və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".
[Səhih] - [Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3575]
Böyük səhabə Abdullah bin Xubeyb (Allah ondan razı olsun) xəbər verir ki, onlar bol yağışlı və şiddətli qaranlıq bir gecədə, özlərinə namaz qıldırması üçün Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) axtarmaq üçün çıxdılar və onu tapdılar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: “De”, yəni "oxu", amma o, heç nə oxumadı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sözünü ona təkrar dedi və Abdullah dedi: Nə oxuyum, ey Allahın Rəsulu? Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Səhər və axşam üç dəfə "İxlas" surəsini -{De: O, Allah birdir} və "Fələq" və "Nəss" surələrini : {De: sübhün Rəbbinə sığınıram} və { De: insanların Rəbbinə sığınıram} oxu, səni hər cür şərdən və bütün pisliklərdən qoruyar.