“Kim bir məkana çatıb, orada dayanıb qalarsa, ardınca “Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” duasını oxuyarsa, ona, həmin yeri tərk edənə qədər heç bir ziyan dəyməz”
Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar
Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir
Bu Xinzəb deyilən şeytandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür