+ -

عَن أَبِي أُمَامَةَ قَالَ: حَدَّثَنِي عَمْرُو بْنُ عَبَسَةَ رضي الله عنه أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ العَبْدِ فِي جَوْفِ اللَّيْلِ الآخِرِ، فَإِنْ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِي تِلْكَ السَّاعَةِ فَكُنْ».

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي] - [سنن الترمذي: 3579]
المزيــد ...

Əbu Umamədən rəvayət edilir ki, O, belə dedi: Amr ibn Əbəsə (Allah ondan razı olsun) mənə dedi ki, o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdi:
Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol."

[Səhih] - [Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3579]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, Rəbbin qula ən yaxın olduğu vaxtı gecənin son üçdə biridir. Ey mömin, əgər sən həmin vaxta müvəffəq olmusansa və bu vaxt ibadət edən, namaz qılan, zikr edən və tövbə edənlərdən olmağı bacarırsansa, (bil ki) həqiqətən də bu faydalanmağın və çalışmağın lazım olduğu bir fürsətdir.

Hədisin faydalarından

  1. Müsəlmanı gecənin sonunda zikr etməyə həvəsləndirmək.
  2. Zikr, dua və namaz üçün vaxtların bəzilərinin digərindən daha üstün olması.
  3. Mirak (Allah ona rəhmət etsin) demişdir: " Rəbbin qula ən yaxın olan vaxtı" sözü ilə "Qulun Rəbbinə ən yaxın olan halı səcdə halıdır" sözləri arasında fərq budur: Birincidən məqsəd Rəbbin qula ən yaxın olan vaxtın bəyanıdır ki, bu gecənin son vaxtıdır, ikincidən məqsəd isə qulun Allaha ən yaxın olan halının bəyanıdır ki, o da səcdə halıdır.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq