+ -

عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
كَانَ أَكْثَرُ دُعَاءِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6389]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, belə dedi:
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6389]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa duaları özündə cəm edən duaları daha çox edərdi, onlardan biri budur: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər." Və bu, bol, geniş, halal ruzi və saleh həyat yoldaşı, gözün sevinci olan övlad, rahatlıq faydalı elm və saleh əməl və digər sevimli, mübah istəklər kimi dünya xeyirlərini əhatə edir və eyni zamanda qəbrdə, məhşərdə və cəhənnəmdə əzabdan salamat qalmaq və Allahın razılığına,əbədi nemətə və Rəhimli Rəbbə yaxın olmağa nail olmaq kimi axirət xeyirlərini də əhatə edir.

Hədisin faydalarından

  1. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək əhatəli-geniş dualar etməyin bəyənilən olması
  2. İnsanın duasında dünya və axirət xeyirlərini cəm etməsi daha kamildir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq