عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما:
عن النبي صلى الله عليه وسلم أنه كان إذا دخل المسجد قال: «أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم»، قال: أَقَطُّ؟ قلت: نعم، قال: فإذا قال ذلك قال الشيطان: حُفِظَ منِّي سائر اليوم.
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 466]
المزيــد ...
Abdullah ibn Amr ibn Əl-Asdan (Allah ondan və atasından razı olsun) rəvayət edilir ki:
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, o, məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim" Dedi: Bu qədərmi? Dedim: Bəli və dedi ki: “Əgər belə desə, şeytan deyər: “Günün qalan hissəsi məndən qorundu.
[Həsən] - [Əbu Davud rəvayət etdi] - [Sünən Əbi Davud - 466]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidə daxil olarkən belə deyərdi: (Əuzu billəhil-Azim) Allaha və Onun sifətlərinə sığınıram (bivəchihil-kərim) Səxavətli olan, bəxş edən Allaha (və sultanihi) gücü, qüdrəti və yaratdıqlarından istədiyi üzərində hökmranlığı (əlqadim) əbədi əzəli (minəş-şeytanir-rəcim) Allahın rəhmətindən uzaqlaşdırılıb qovulmuş, Yəni: Allahım, məni onun vəsvəsəsindən, hiyləsindən, addımlarından, təhlükələrindən, bəzəməsindən və azdırmasından qoru, çünki o, zəlalətin səbəbkarı, azğınlığın və cəhalətin təhrikçisidir. Abdullah ibn Amra: “Əqat?” deyə soruşuldu. Yəni: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız bunu söylədi? Dedi: Bəli.
Məscidə girən kəs bu duanı desə, şeytan deyər: Bu daxil olan şəxs artıq bütün vaxt ərzində- gecə və gündüz- özünü məndən qorudu.