عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«يَقُولُ اللَّهُ تَعَالَى لِأَهْوَنِ أَهْلِ النَّارِ عَذَابًا يَوْمَ القِيَامَةِ: لَوْ أَنَّ لَكَ مَا فِي الأَرْضِ مِنْ شَيْءٍ أَكُنْتَ تَفْتَدِي بِهِ؟ فَيَقُولُ: نَعَمْ، فَيَقُولُ: أَرَدْتُ مِنْكَ أَهْوَنَ مِنْ هَذَا، وَأَنْتَ فِي صُلْبِ آدَمَ: أَلّاَ تُشْرِكَ بِي شَيْئًا، فَأَبَيْتَ إِلَّا أَنْ تُشْرِكَ بِي».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6557]
المزيــد ...
Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli və Allah deyəcək: Sən Adəmin belində ikən, mən səndən bundan daha asan olanını istədim: Mənə heç bir şeyi şərik qoşma. Lakin sən boyun qaçırdın və Mənə şərik qoşdun.
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6557]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah cəhənnəmə daxil olduqdan sonra orada ən yüngül əzab görəcək insana belə deyəcək: “Əgər dünya və onun içində olan hər şey sənin olsaydı, onu bu əzabdan qurtulmaq üçün fəda edərdinmi? O, deyəcək:Bəli Allah deyəcək: Mən, sən Adəmin belində ikən, Mənə heç bir şeyi şərik qoşmamaq haqqında səndən əhd aldığım zaman, səndən bundan daha asan olanını istədim və əmr etdim. Lakin səni bu dünyaya gətirdiyim zaman sən boyun qaçırdın və mənə şərik qoşdun.