+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّهُ قَالَ:
قِيلَ: يَا رَسُولَ اللهِ، مَنْ أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَقَدْ ظَنَنْتُ يَا أَبَا هُرَيْرَةَ أَنْ لَا يَسْأَلَنِي عَنْ هَذَا الْحَدِيثِ أَحَدٌ أَوَّلُ مِنْكَ؛ لِمَا رَأَيْتُ مِنْ حِرْصِكَ عَلَى الْحَدِيثِ، أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ، مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ»».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 99]
المزيــد ...

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilən bir hədisdə o, belə demişdir:
Allah Rəsulundan -salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu -salləllahu aleyhi va səlləm-: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu.

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 99]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə qiyamət günü şəfaətinə nail olan ən xoşbəxt insanın qəlbindən ixlasla: "Lə iləhə illallah" yəni, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən, şirkdən və riyadan uzaq olan kimsə olacağını xəbər vermişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Peyğəmbərə -salləllahu aleyhi va səlləm- axirətdə şəfaət etmək hüququ veriləcəkdir. Bu şəfaət də ancaq tövhid əhli üçündür.
  2. Peyğəmbərin -salləllahu aleyhi va səlləm- şəfaəti tövhid əhlindən Cəhənnəmə layiq olanların girməməsi və Cəhənnəmə girənlərin də oradan çıxması üçün vasitəçi olmasıdır.
  3. Allah üçün ixlaslı bir şəkildə tövhid kəlməsini söyləməyin fəziləti və böyük təsiri vardır.
  4. Tövhid kəlməsinin tətbiq edilməsi, bu kəlmənin mənasını bilərək və tələblərinə əməl edərək olur.
  5. Əbu Hureyranın - Allah ondan razı olsun - fəziləti və elmə olan hərisliyi.