+ -

عن جندب رضي الله عنه قال:
سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ أَنْ يَمُوتَ بِخَمْسٍ وَهُوَ يَقُولُ «إِنِّي أَبْرَأُ إِلَى اللهِ أَنْ يَكُونَ لِي مِنْكُمْ خَلِيلٌ فَإِنَّ اللهَ تَعَالَى قَدِ اتَّخَذَنِي خَلِيلًا كَمَا اتَّخَذَ إِبْرَاهِيمَ خَلِيلًا، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا! أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ! إِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 532]
المزيــد ...

Cundəb -Allah ondan razı olsun- rəvayət edir ki, mən
Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm".

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 532]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Allah qatındakı dərəcəsini və həmçinin İbrahimin -aleyhissəlam- Allah qatında məhəbbətin ən yüksək dərəcələrinə çatdığı kimi, onun da məhəbbətin ən yüksək dərəcələrinə çatdığını xəbər vermişdir. Elə buna görə də özünün Allahdan başqa dostunun olmasını inkar etmişdir. Çünki qəlbi Uca Allaha olan məhəbbəti, Onu təzim etməsi və Onu tanıması ilə dolmuş və qəlbində Allahdan başqasına yer qalmamışdır. Əgər Peyğəmbər -salləllahu aleyhi va səlləm- insanlardan birini özünə dost tutsaydı, o zaman bu Əbu Bəkir -Allah ondan razı olsun- olardı. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- sevgidə həddi aşan yəhudi və xristianların etdikləri kimi peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini ilahiləşdirərək oranı Allahdan başqa ibadət edilən yerlərə çevirməkdən və o qəbirlər üzərində məscidlər və ibadətgahlar bina etməkdən çəkindirmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- ümmətinə yəhudi və xristianların etdikləri bu əməli qadağan etmişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Əbu Bəkir Siddiqin -Allah ondan razı olsun- fəziləti. O, səhabələrin ən fəzilətlisi və Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfatından sonra insanlar arasında xilafətə ən layiqli olanıdır.
  2. Qəbirlər üzərində məscidlərin bina edilməsi keçmiş ümmətlərdən qalan münkər əməllərdəndir.
  3. Qəbirləri ibadətgahlara çevirməyin, qəbirlər yanında və ya qəbirlərə tərəf namaz qılmağın yaxud qəbirlər üzərində məscidlər və ya qübbələr bina edilməsinin qadağan olma səbəbi insanları şirkə düşməkdən çəkindirmək üçündür.
  4. Şirkə apardığına görə saleh kimsələri təzim edərək həddi aşmaq qadağan olunmuşdur.
  5. Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə ümmətini bu işdən təkrar olaraq çəkindirməsi bunun necə də təhlükəli bir iş olmasına dəlalət edir.