1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis “Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إنَّ اللَّهَ طَيِّبٌ لَا يَقْبَلُ إلَّا طَيِّبًا، وَإِنَّ اللَّهَ أَمَرَ المُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ المُرْسَلِينَ، فَقَالَ تَعَالَى: {يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنْ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا}، وَقَالَ تَعَالَى: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} ثُمَّ ذَكَرَ الرَّجُلَ، يُطِيلُ السَّفَرَ، أَشْعَثَ، أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إلَى السَّمَاءِ: يَا رَبِّ! يَا رَبِّ! وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لَذلك».

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".

Səhih Muslim rəvayət etdi الأربعون النووية - 10

Şərh (izah)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uca Allahın pak, müqəddəs, bütün naqisliklərdən və eyiblərdən uzaq olduğunu, Onun kamillik sifətləri ilə vəsfləndiyini, əməllərdən, sözlərdən və əqidədən yalnız pak olanları, yəni: xalis Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna müvafiq olanı qəbul etdiyini, Uca Allaha yalnız belə əməllərlə yaxınlaşmağın mümkün olduğunu xəbər vermiş və həmçinin, mömin kimsəni yaxşı əməllərə nail edəcək ən əzəmətli şeyin, yeməyinin pak olması, bu da onun yeməyinin halal olması ilə ola biləcəyini və nəticədə əməlinin də yaxşı olacağını bildirmişdir. Buna görə də Uca Allah peyğəmbərlərə halal yemək və saleh əməllər barədə nəyi əmr etmişdirsə, möminlərə də eyni ilə onu əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!”. Uca Allah başqa bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!”.
Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əməli korlayan və əməlin qəbul olunması üçün nə qədər zahiri səbəblər işlənsə də, onun qəbul olunmasına mane olan haram yeməkdən çəkindirmişdir. Əməlin qəbul olunması üçün zahiri səbəblərdən bəziləri aşağıdakılardır:
Birincisi: Həcc, cihad və qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi itaət məqsədləri üçün uzunmüddətli səfərə çıxmaq.
İkincisi: Saçlarını daramadığı üçün saçları dağınıq, toz-torpaqdan üz-gözünün və üst-başının rəngi dəyişmiş və özüdə möhtac bir halda olmaq.
Üçüncüsü: Dua etmək üçün iki əlini göyə qaldırır.
Dördüncüsü: Uca Allaha gözəl adları ilə təvəssül edib: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvararaq israrla dua etməsi.
Duanın qəbul olunma səbəblərinin olmasına baxmayaraq, onun duası qəbul olunmadı. Çünki onun yediyi, içdiyi, geydiyi haramdır və o, haramla qidalanmışdır. Belə vəsfə sahib olan kimsənin duasının qəbul olunması mümkün deyil. Axı beləsinin duasına necə cavab verilə bilər?!

Hədisin faydalarından

  1. Uca Allahın zatında, sifətlərində, feillərində və hökmlərində kamilliyi.
  2. Əməlin ixlasla, yalnız Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müvafiq şəkildə edilməsinin əmr olunması.
  3. Dəvət edərkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisdə: "Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir" buyurduğu kimi, əmələ təşviq edən üslubdan istifadə etmək. Əgər mömin bunun peyğəmbərlərə əmr edilmiş şeylərdən biri olduğunu bilərsə, bu zaman o, əməl etməyə özündə qüvvət toplayar və tabe olmağa həvəslənər.
  4. Duanın qəbul olunmasına mane olan səbəblərdən biri də haram yeməkdir.
  5. Duanın qəbul olunması səbəbləri arasında beş şey vardır ki, onlardan birincisi: uzun müddətli məşəqqətli bir səfər səbəbi ilə yaranan, duanın qəbul edilməsinin ən əzəmətli səbəblərindən biri olan nəfsin sınmağı. İkincisi: zərurət halı. Üçüncüsü: İki əli səmaya qaldırmaq. Dördüncüsü: Uca Allahın rübubiyyətini təkrar-təkrar zikr edərək Ona israrla dua etmək. Bu, duaya cavab verilməsinin ən əzəmətli səbəblərindən biridir. Beşincisi: Halal olan şeylərdən yemək və içmək.
  6. Yemək-içməyin halal, təmiz olması saleh əməl işləməyə yardım edən səbəblərdən biridir.
  7. Qadi belə demişdir: Yaxşı sözü xəbis sözünün ziddidir. Əgər Uca Allah "Yaxşı" sözü ilə vəsf edilərsə bu, Onun nöqsanlardan və eyib sifətlərdən pak və uzaq olduğu anlamındadır. Əgər bir qul ümumilikdə "Yaxşı" sözü ilə vəsf olunarsa, bu, onun pis əxlaqlardan və çirkin əməllərdən uzaq olduğunu və bu xüsusiyyətlərin əksinə, gözəl əxlaq və yaxşı əməllərə sahib olduğu anlamındadır. Əgər mal-dövlət "Yaxşı" sözü ilə vəsf edilərsə bu, o mal-dövlətin halal və ən xeyirli mal-dövlət olduğu anlamındadır.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو