Kateqoriya:

عَنْ أَبِي مُـحَمَّدٍ الحَسَنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ - سِبْطِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَيْحَانَتِهِ-، قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«دَعْ مَا يَرِيبُك إلَى مَا لَا يَرِيبُكَ».

[صحيح] - [رواه الترمذي والنسائي] - [الأربعون النووية: 11]
المزيــد ...

Rəsulullahın (sallallahu aleyhi və səlləm) reyhan qoxulu nəvəsi Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib (Allah onların hər ikisindən razı olsun) demişdir: Mən Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu yadda saxlamışam:
"Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş".

[Səhih] - [رواه الترمذي والنسائي] - [الأربعون النووية - 11]

Şərh (izah)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və halal olduğuna əmin olduğum şeylərlə dəyişməyi əmr etmişdir.

Hədisin faydalarından

  1. Müsəlman öz işlərini yəqinlik üzərində qurmalı, şübhəli olan şeyləri tərk etməli və dinində bəsirətli olmalıdır.
  2. Şübhəli şeylərə düşməyin qadağan olunması.
  3. Əgər arxayınlıq və rahatlıq istəyirsənsə, şübhə etdiyin şeyi tərk et və onu bir kənara qoy.
  4. Allahın qullarına olan rəhməti. Belə ki, Uca Allah onlara nəfsə və ağıla rahatlıq gətirən işləri əmr etmiş, onları narahatlıq və çaşqınlıqa salan şeylərdən isə çəkindirmişdir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (54)
Kateqoriyalar
Əlavə