+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَلَا أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللهُ بِهِ الْخَطَايَا، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا بَلَى يَا رَسُولَ اللهِ قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ، وَانْتِظَارُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ، فَذَلِكُمُ الرِّبَاطُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 251]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi? Dedilər: Bəli Ey Allahın Elçisi. Dedi: "Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlar atmaq, namazdan sonra növbəti namazı gözləmək və bu ribatdır."

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 251]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu ki, onları, günahların bağışlanmasına, onların əməllərin yazan mələklərin kitabından silinməsinə və cənnətdə yüksək məqama səbəb olacaq əməllərə yönəltməyini istəyirlərmi?
Səhabələr dedilər: Bəli, biz bunu istəyirik. O, dedi:
Birincisi: Soyuq hava, su azlığı, bədən ağrısı və qaynar su kimi çətinliklər olsa da belə, dəstəmazı kamil və tam şəkildə almaq.
İkincisi: Evin uzaq olması səbəbiylə və təkrar-təkrar məscidlərə gedərək, atılan -iki ayaq arasında olan- addımları çoxaltmaq .
Üçüncüsü: Namazın vaxtını gözləmək, qəlbi ona (namaza) bağlamaq, ona hazırlıq görmək və onu camaatla qılmaq üçün məsciddə oturub gözləmək və namazı qıldıqda növbəti namaz üçün öz yerində gözləmək.
Sonra, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu işlərin həqiqi keşik çəkmək olduğunu izah etdi. Çünki o şeytanın insan üzərindəki yollarını bağlayır, nəfsi istəklərə qalib gəlir və onun vəsvəsələri qəbul etməsinə mane olur və onun vasitəsilə Allahın ordusu şeytanın əsgərlərini məğlub edir. Bu, ən böyük cihaddır və düşmənin sərhədində keşik çəkmək kimidir.

Hədisin faydalarından

  1. Məsciddə camaat namazını qılmağın, namazlara diqqət yetirməyin və ondan yayınmamağın əhəmiyyəti.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təqdimatı və səhabələrini təşviq etməsi. Belə ki o, sual şəklində böyük bir savaba işarə edərək başladı və bu, öyrətmə üsullarından biridir.
  3. Məsələni sual və cavab şəklində təqdim etməyin faydası: Söhbətin qeyri-müəyyən olması, sonra isə izah edilməsinə görə insana daha çox təsir edir.
  4. Ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdi: Bu, keşik çəkməkdir, yəni, təşviq edilən keşik çəkmək və keşik çəkməyin əsası bir şeyə bağlı qalmaqdır, sanki o, özünü bu itaətə həbs etmişdir. Həmçinin deyilmişdir: Bu, ən yaxşı keşik çəkməkdir, necə ki- Cihad nəfsin cihadıdır-deyilmişdir. Ola bilsin ki, mövcud və mümkün olan keşik çəkmək olsun, yəni: bu keşik çəkmənin növlərindən biridir.
  5. "Ər-Ribat" kəliməsi təkrar-təkrar işlədilmiş və "ال" artiklı ilə müəyyən edilmişdir; bu isə bu əməllərin qədr-qiymətini böyütmək üçündür.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq