+ -

عَنْ أَبِي الدَّرْدَاءِ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«أَلاَ أُنَبِّئُكُمْ بِخَيْرِ أَعْمَالِكُمْ، وَأَزْكَاهَا عِنْدَ مَلِيكِكُمْ، وَأَرْفَعِهَا فِي دَرَجَاتِكُمْ وَخَيْرٌ لَكُمْ مِنْ إِنْفَاقِ الذَّهَبِ وَالوَرِقِ، وَخَيْرٌ لَكُمْ مِنْ أَنْ تَلْقَوْا عَدُوَّكُمْ فَتَضْرِبُوا أَعْنَاقَهُمْ وَيَضْرِبُوا أَعْنَاقَكُمْ؟» قَالُوا: بَلَى. قَالَ: «ذِكْرُ اللهِ تَعَالَى».

[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 3377]
المزيــد ...

Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və pul xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi? Onlar dedilər: Bəli. O, dedi: “Uca Allahı zikr etməkdir”.

[Səhih] - [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3377]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu: .
İstəyirsinizmi ki, sizə izzət və cəlal sahibi olan, hökmdar Allahın yanında əməllərinizin ən fəzilətlisi, ən şərəflisi, ən üstünü, ən pakı və ən təmizi haqqında xəbər verim və sizi öyrədim? .
Cənnətdə dərəcələrinizi ən çox artıracaq əməli?
Sizin üçün qızıl və gümüşü sədəqə verməkdən daha xeyirli olanı ?
Sizin üçün kafirlərlə döyüşmək üçün qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boyunlarınızı vurmaqdan daha xeyirli olanı?
Səhabələr dedilər: Bəli, biz bunu istəyirik.
O(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: (Bu əməl) hər zaman, hər şəkildə və hər vəziyyətdə Uca Allahı zikr etməkdir.

Hədisin faydalarından

  1. Həm zahirdə, həm də batində Uca Allahı zikr etməkdə davamlı olmaq, Uca Allaha yaxınlaşdıran ən böyük və ən faydalı əməllərdən biridir.
  2. Bütün əməllər Uca Allahın zikrini yerinə yetirmək üçün fərz edilmişdir. Uca Allah buyurmuşdur: (Və Məni zikr etmək üçün namaz qıl). Və o (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: "Kəbə ətrafında təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və Camaratda daş atmaq yalnız Uca Allahın zikrini yerinə yetirmək üçündür". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər.
  3. Əl-İzz bin Əbdis- Sələm “Qavəid” kitabında belə demişdir: “Bu hədis ona dəlalət edir ki, savab bütün ibadətlərdə çəkilən əziyyətin miqdarına görə olmur. Hərdən Uca Allah az əməllərə görə çox əməllərin savabından artıq savab verir. Buna görə də savabın miqdarı (əməlin) şərəf dərəcəsindəki fərqindən asılıdır.
  4. Əl-Munəvi “Feydul-Qadir”də demişdir: “Bu hədis belə təfsir edilmişdir ki, zikr, onunla xitab edilən kəslər üçün daha xeyirli idi . Əgər bu xitab döyüşdə İslama fayda vermiş şücaətli, cəsur birisinə yönəlsə idi, ona cihad, kasıblara fayda verən varlıya yönəlsə idi, ona sədəqə, həccə qadir olan birisinə yönəlsə idi, ona həcc etmək və ata-anası sağ olan birisinə yönəlsə idi, ona, onlara yaxşılıq etmək (ən xeyirli əməl kimi) deyilərdi. Və bununla da xəbərlər arasında uyğunluq hasil olur.
  5. Ən kamil zikr, qəlbin təfəkkürü (fikirləşməsi) ilə birgə dilin söylədiyi zikrdir. Sonra yalnız təfəkkür kimi qəlblə olan, sonra isə yalnız dillə olan zikrdir. Və hər birində in şəə Allah mükafat vardır.
  6. Müsəlmanın səhər və axşam zikrləri, məscidə, evə, ayaqyoluna girib-çıxarkən və sair kimi hallarla bağlı zikrləri davamlı etməsi, onu Allahı çox zikr edənlərdən edir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq