1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır

عن أبي هريرة قال: قال رسول الله صلى الله عليه وسلم:
«حَقٌّ عَلَى كُلِّ مُسْلِمٍ أَنْ يَغْتَسِلَ فِي كُلِّ سَبْعَةِ أَيَّامٍ يَوْمًا، يَغْسِلُ فِيهِ رَأْسَهُ وَجَسَدَهُ».

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
«Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır».

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 897

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) həddi-buluğa çatmış, ağlı başında olan hər bir müsəlmanın həftədə, yəni: yeddi gündə bir dəfə yuyunmasının təkid olunan haqq olduğunu xəbər vermişdir. Müsəlman bu gündə paklanmaq və təmizlənmək üçün başını və bədənini yuyur. Bəzi rəvayətlərdən də anlaşıldığı kimi bunun cümə günü edilməsi daha əfzəldir. Dördüncü günü yuyumuş olsa da belə cümə günü, cümə namazından öncə yuyunmaq təkid olunmuş müstəhəb əməldir. Aişənin (Allah ondan razı olsun): "İnsanlar işləyib və elə o halda da cüməyə gəlirdilər. Onlara: Kaş ki yuyunardız deyildi" sözü bunu vacib olmaqdan çıxartmışdır. Bu əsəri Buxari rəvayət etmişdir. Buxarinın başqa bir rəvayətində isə: "Onların üzərində qoxu var idi." Yəni: Tər və buna bənzəri bir qoxu. Bununla yanaşı onlara sadəcə olaraq: "Kaş ki yuyunardız"- deyilmişdir. Əgər tər və buna bənzəri qoxuya görə yuyunmaq vacib deyilsə, bundan başqa qoxuların aradan qaldırılması üçün də yuyunmaq vacib deyildir.

Hədisin faydalarından

  1. İslamın, təmizlik və paklığa önəm verməsi.
  2. Cüma namazı üçün yuyunmaq təkid olunan müstəhəb bir əməldir.
  3. Başın, bədənin bir parçası olmasına rəğmən xüsusi olaraq zikr edilməsi, onun önəmini ifadə edir.
  4. Bədənindən, insanlara əziyyət verən pis qoxu gələn hər bir kimsənin yuyunması vacibdir.
  5. Yuyunmaq üçün təkid edilmiş ən əfzəl gün, cümə günüdür.

Tərcümələrə baxmaq

60 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية