+ -

عَنْ ‌أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا وَجَدَ أَحَدُكُمْ فِي بَطْنِهِ شَيْئًا، فَأَشْكَلَ عَلَيْهِ أَخَرَجَ مِنْهُ شَيْءٌ أَمْ لَا، فَلَا يَخْرُجَنَّ مِنَ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتًا، أَوْ يَجِدَ رِيحًا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 362]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
«Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın».

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 362]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılan bir kimsənin qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığına tərəddüd etdiyi bir durumda, yelin səsini eşidib ya da iyini hiss etmək kimi dəstəmazı pozan amilin varlığına əmin oluncaya qədər yenidən dəstəmaz almaq üçün namazdan çıxmamasını xəbər vermişdir. Çünki yəqin olan bir şey, şübhə ilə batil olmaz. Bu kimsənin dəstəmazlı olması yəqindir, dəstəmazının pozulması isə şübhəlidir.

Tərcümə: İngiliscə Urduca İndoneziya Uyğur Banqalca Türkcə Bosniya Sinhalese Hind dili vyetnam dili Taqaloqca Kürd Hausa Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex Malaqasi İtalian Oromo Kanada Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Bu hədis, İslam əsaslarından bir əsas və fiqhi qaydalardan bir fiqhi qaydadır. Bu qayda: Yəqin olan bir şey şübhə ilə aradan qalxmaz. Müxalif olan şey yəqinləşənə qədər, həmin şeyin olduğu hal üzərində qalması əsildir.
  2. Şübhə, dəstəmaza zərər verməz. Namaz qılan kimsə dəstəmazının pozulduğuna yəqin olmadığı müddətcə dəstəmazlıdır.