+ -

عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ، أَوْ كَانَ يَغْتَسِلُ، بِالصَّاعِ إِلَى خَمْسَةِ أَمْدَادٍ، وَيَتَوَضَّأُ بِالْمُدِّ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 201]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir ki:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 201]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cənabətdən bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl, bir mudd ilə dəstəmaz alardı. Bir saa: dörd muddur, bir mudd: orta ölçülü adamın ovuclarını dolduracaq miqdardır.

Hədisin faydalarından

  1. Dəstəmaz və qüsl alarkən suya qənaət etməyin və su bol olsa belə, ona israf etməməyin məşruiyyəti (şəriətə müvafiq olması).
  2. Dəstəmaz və qüsl üçün istifadə olunan suyun miqdarının lazım olduğu qədər azaldılmasının müstəhəbliyi və bu, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yoludur.
  3. Məqsəd, dəstəmaz və qüslun sünnət və ədəblərə riayət edilməklə, israf və əskiklik olmadan tam və düzgün şəkildə yerinə yetirilməsidir. Eyni zamanda, vaxt, suyun çoxluğu və azlığı və digər amillər də nəzərə alınmalıdır.
  4. Cənabət dedikdə, meni ifraz edən və ya cinsi əlaqədə olan şəxs nəzərdə tutulur. Bu şəxs pak olana qədər namaz və digər ibadətlərdən uzaq durduğu üçün belə adlandırılmışdır.
  5. Saa: Məlum çəkidir və bununla Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dövründəki saa nəzərdə tutulur və çəkiylə (480 misqal) yaxşı buğda ağırlığına və litrlə (3 litrə) uyğun gəlir.
  6. Mudd: Şər'i ölçü vahididir ki, orta ölçülü adamın ovuclarını doldurduqda və onları uzatdıqda olan miqdarıdır. Fəqihlərin ittifaqı ilə mudd saanın dörddə biridir və onun miqdarı (750) millilitrdir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Dari Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية الخميرية الماراثية
Tərcümələrə baxmaq