+ -

عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا أَتَيْتُمُ الغَائِطَ فَلاَ تَسْتَقْبِلُوا القِبْلَةَ، وَلاَ تَسْتَدْبِرُوهَا وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا» قَالَ أَبُو أَيُّوبَ: فَقَدِمْنَا الشَّأْمَ فَوَجَدْنَا مَرَاحِيضَ بُنِيَتْ قِبَلَ القِبْلَةِ فَنَنْحَرِفُ، وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 394]
المزيــد ...

Əbu Əyyub Əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:
Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin.” Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 394]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kiçik və ya böyük ehtiyacını ödəmək istəyən hər kəsə üzünü qibləyə və Kəbəyə tərəf yönəltməyi və həmçinin ona arxa çevirməyi qadağan etmişdir. Əksinə, əgər onun qibləsi Mədinə əhlinin qibləsi kimi olarsa, o, şərqə və ya qərbə tərəf dönməlidir. Sonra Əbu Əyyub (Allah ondan razı olsun) xəbər verdi ki, onlar Şama gəldikdə, ehtiyaclarını ödəmək üçün hazırlanmış tualetlərin Kəbəyə tərəf tikildiyini gördülər. Buna görə onlar bədənlərini qiblədən digər tərəfə çevirərdilər və bununla yanaşı Allahdan bağışlanma da diləyərdilər.

Hədisin faydalarından

  1. Bunda olan hikmət müqəddəs Kəbəyə təzim və ehtiram etməkdir.
  2. Ayaqyolundan (kiçik və böyük ehtiyac ödənilən məkandan) çıxdıqdan sonra bağışlanma diləmək.
  3. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlimi (öyrətmək üslubu). Çünki o, haramları qeyd edərkən, icazəli olana da işarə etmişdir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq