عَنْ المُغِيرَةِ رضي الله عنه قَالَ:
كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفَّيْهِ، فَقَالَ: «دَعْهُمَا، فَإِنِّي أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ» فَمَسَحَ عَلَيْهِمَا.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 206]
المزيــد ...
Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi:Onları çıxarma, çünki mən təharətli(dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 206]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idi və dəstəmaz aldı. Ayaqların yumasına çatdıqda, Muğirə bin Şubə (Allah ondan razı olsun) əllərini uzadaraq, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ayağını yumaq üçün onun ayağındakı xufları çıxartmaq istədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: Onları çıxarma, çünki, mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm. Beləliklə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqlarını yumaq əvəzinə xuflarına məsh çəkdi.