1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq

عن أبِي هريرة رضي اللَّه عنه: سمعتُ النبِيّ صلى الله عليه وسلم يقول:
«الفِطْرَةُ خمسٌ: الخِتَانُ والاستحدادُ وقصُّ الشَّارِبِ وتقليمُ الأظفارِ وَنَتْفُ الآبَاطِ».

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 5891

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə İslam dininin beş xüsusiyyətini və peyğəmbərlərin sünnətini bəyan etmişdir:
Birincisi: Sünnət olmaq. Bu, kişinin cinsiyyət orqanının baş tərəfində olan artıq dərinin və həmçinin qadının vaginasındaki uşaqlıq yolunun üzərində olan dərinin baş hissəsinin kəsilməsidir.
İkincisi: Övrət yerini qırxmaq. Bu, övrət yerinin ətrafında olan tüklərin qırxılmasıdır.
Üçüncüsü: Bığları qısaltmaq. Bu, kişinin üst dodağı görünənə qədər bığların qısaldılmasıdır.
Dördüncüsü: Dırnaqların qısaldılmasıdır.
Beşincisi: Qoltuq altındakı tüklərin yolunmasıdır.

Hədisin faydalarından

  1. Allahın sevdiyi, razı olduğu və əmr etdiyi peyğəmbərlərin bu sünnətləri kamilliyə, təmizliyə və gözəlliyə çağırır.
  2. Bunların vaxtı-vaxtında edilməsinin şəriətdə buyurulması və bunlara səhlənkar yanaşılmaması.
  3. Bu xüsusiyyətlərin dini və dünyavi bir çox faydaları vardır. Bu faydalardan bəziləri aşağıdakılardır: Zahiri görünüşü gözəlləşdirmək, bədəni təmiz saxlamaq, təmizliyə diqqət etmək, kafirlərə bənzəməmək, Allahın əmrinə itaat etmək.
  4. Başqa hədislərdə bu beş xüsusiyyətə əlavə olaraq: saqqal buraxmaq, misvakdan istifadə etmək kimi fitri sünnətlərin diğər növləri də qeyd edilmişdir.

Tərcümələrə baxmaq

61 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية